EN

Mayottada son 90 ilin ən güclü siklonu baş verdi

Çido tropik siklonu Hind okeanında yerləşən Fransanın Mayotta adasını vurub.

Qaynarinfo "Associated Press"ə istinadən xəbər verir ki, siklon 90 ildə regionun ən güclüsü olub.

Adada küləyin sürəti 220 km/saata çatıb. Siklon leysan yağışlarla müşayiət olunub.

Mayotta səlahiyyətliləri ölən və ya yaralananlar barədə hələ məlumat almadıqlarını bildiriblər. Qasırğa zamanı adadakı hava limanı zədələnib. Metal daxmalar və digər kiçik tikililər uçub.

Mayotta Fransanın ən böyük xaricdəki adasıdır. Onun üzərində 320 min insan yaşayır.

Aydın
Chosen
48
3
qaynarinfo.az

6Sources