EN

Jay-Z öz günahsızlığına əmindir: Zorlama ilə bağlı qalmaqallı işin yeni təfərrüatı

Jay-Z öz günahsızlığına əmindir: Zorlama ilə bağlı qalmaqallı işin yeni təfərrüatıJay-Z (əsl adı Şon Karter) və P.Diddini (əsl adı Şon Kombs) zorlamada ittiham edən qadın iddia ərizəsini səhvlərlə təqdim etdiyini boynuna alıb. Şon Karter bu faktın onun günahsızlığına işarə etdiyinə əmindir.

Oxu.Az bu barədə "NBC News"a istinadən xəbər verir.

Məlumata görə, oktyabrda Alabamanın adı açıqlanmayan sakini iddia ərizəsində yazıb ki, 2000-ci ildə 13 yaşında olarkən onu MTV-nin "Video Music Awards" mükafatlandırma mərasimindən sonrakı gecə tədbirinə aparıblar. Orada naməlum tərkibli içki içib və huşunu itirib, Diddi başqa bir qadınla onun vəziyyətindən istifadə edib. Dekabrın 8-də o, yenidən iddia ərizəsi təqdim edib və cavabdeh qismində Jay-Z-nin də adını göstərib.

Şikayətçi və onun vəkilləri ilə ünsiyyətdən sonra jurnalistlər bir neçə qeyri-dəqiqlik aşkar ediblər. Xüsusilə, tədbirdən onu atasının apardığını iddia edib, lakin kişi belə bir şeyi xatırlamır.

Bundan əlavə, qadın ifadələrində "Good Charlotte" pank-qrupunun üzvü Benji Madden ilə ünsiyyətdən bəhs edib. Artist həmin günlərdə qrupla turda olduğunu və VMA-da iştirak etmədiyini vurğulayıb.

Nəhayət, həmin gecənin fotolarında Karter və Kombs müxtəlif yerlərdə olublar və bir kadrda görünmürlər, hərçənd sonradan başqa bir yerdə qarşılaşmaları istisna edilmir.

Materialla tanış olduqdan sonra Jay-Z iddiada qeyd olunan hadisənin həyatda baş vermədiyini yenidən bəyan edib. O, şikayətçinin vəkili Toni Bazbini qazanc məqsədilə yalan iddia təqdim etməkdə günahlandırıb.

Chosen
7
4
big.az

5Sources