EN

Əsəd rejiminin 2100 əsgəri İraqa qaçıb

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ordusunun 2100 hərbçisi İraqın Ənbar vilayətinin Rutba rayonuna qaçıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba rayonunun rəhbəri İmad əl-Duleymi bildirib.

Onun sözlərinə görə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rejim əsgərləri İraqa qaçmağa davam edir.

Həmin hərbçilərin vəziyyəti ilə bağlı məlumat verən əl-Duleymi, əsgərlərin Rutba rayonunun 70 kilometrliyindəki Marsanat hava limanına yerləşdirildiyini deyib.

Qaçan hərbçilərin çadırlara sığındığını, bölgədə elektrik, su və istilik imkanlarının kifayət qədər olmadığını vurğulayan əl-Duleymi, onların əksəriyyətinin ölkələrinə qayıtmaq istədiklərini bildirib.

Chosen
16
19
nocomment.az

10Sources