EN

Qəzaya düşən ANAMA əməkdaşı VƏFAT ETDİ

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində zamanı xəsarət almış Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.

seher.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmçinin Vətən müharibəsi qazisi olan M. Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə nəticəsində eyni zamanda Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif bədən xəsarətləri almışdı.

Chosen
81
17
seher.media

10Sources