EN

Suriyanın yeni lideri BMT-nin xüsusi nümayəndəsi ilə görüşüb

Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) dünən BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşüb.

  

Əl-Cəzirə telekanalı Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan siyasi departamentin bəyanatına istinadən bildirir ki, Əhməd əş-Şaraa ölkənin “birliyinə və bərpasına” diqqət yetirilməsinin, habelə qaçqınların geri qayıtması üçün şəraitin yaradılmasının vacibliyini qeyd edib.

 

Tərəflər, xüsusilə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 saylı qətnaməyə yenidən baxılmasının zəruriliyini müzakirə ediblər.

 

Senzor.az xatırladır ki, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi 2015-ci il dekabrın 18-də qəbul edilib. Sənəddə Suriyada atəşkəs və siyasi tənzimləmə tələb olunur. Orada ölkənin siyasi keçidi üçün yol xəritəsi də təqdim edilib.  Qətnamədə mülki hədəflərə edilən istənilən hücumun dərhal dayandırılması tələb olunur. O, həmçinin üzv dövlətləri müharibə edən tərəflər arasında barışıq əldə etmək səylərini dəstəkləməyə çağırıb.

 

Onu da qeyd edək ki, dekabrın 10-da Suriyada sabitliyə nail olunmasını və əhalinin bütün lazımi xidmətlərə çıxışını təmin edəcəyini vəd edən keçid hökuməti yaradılıb.

 

Dekabrın 13-də isə Avropa Komissiyası Suriya əhalisinə təcili tibbi yardım və ləvazimatların çatdırılması proqramının başlandığını elan edib. Humanitar reyslər, digər şeylərlə yanaşı, Aİ-nin Dubaydakı anbarlarından 50 ton tibbi ləvazimatları sərhəddən keçirməkdən ötrü paylanılması üçün Türkiyənin Adana şəhərinə çatdıracaq.

Chosen
79
1
senzor.az

2Sources