EN

Papikyan Fransaya silah almağa gedir – İrəvanı qorxudan əsas məqam...

Bir ölkənin müdafiə naziri il ərzində başqa ölkəyə bir neçə dəfə səfər edirsə, demək, həmin ölkə ilə hərbi əməkdaşlığı dərinləşdirməyə və oradan hərbi texnika almağa çalışır. Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfər edib, bu, onun il ərzində Parisə ilk səfəri deyil. Xəbərlərdə Papikyanın Parisə səfəri “işgüzar” adlandırılıb. Bundan bir neçə gün əvvəl Papikyan ABŞ-a da “işgüzar” səfər etmişdi.

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suren Papikyanın Fransaya səfəri haqda qeyd edib.

O bildirib ki, Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə və bu ölkəyə hərbi texnika, o cümlədən raket sistemləri verməyə hazırdır:

“Ermənistan hökuməti də bunu istəyir, ancaq İrəvan eyni zamanda hələ Rusiyadan tam qopa bilməyib. Ermənistan il ərzində Rusiyadan hərbi texnika almasa da, keçmiş illərdə bu ölkədən aldıqlarının həcmi o qədər böyükdür ki, onları NATO üzvü Fransadan aldığı və alacağı hərbi texnika ilə inteqrasiya etdirmək çətindir. Papikyan Baş nazir Nikol Paşinyandan aldığı təlimat əsasında bu məsələləri Parislə razılaşdırmaq istəyir.

Digər tərəfdən, Ermənistan genarallarına etibar yoxdur. Paşinyan özü demişdi ki, orduda “5-ci kolon” mövcuddur, yəni erməni zabitlərinin bir qismi Rusiyaya bağlıdır. Həmin zabitlər Ermənistana göndərilən və ya göndərilməsi planlaşdırılan hərbi texnika barədə detallı məlumatları Rusiya hərbi kəşfiyyatına ötürə bilərlər. Paşinyan bu problemi həll etməyib. Vaşinqton və Paris Ermənistanla hərbi sahədə əməkdaşlıq edərkən, İrəvanın Rusiyadan nə qədər uzaqlaşa bildiyini də hesablamağa çalışırlar”.

Tehran,

Sitat.info

Chosen
22
6
sitat.info

7Sources