EN

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri istefa verib

Bişkek. Trend:

Qırğızıstan Nazirlər Kabinetinin sədri və PrezidentAdministrasiyasının rəhbəri Akılbek Japarov istefa verib.

Trend QırğızıstanPrezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiqfərman prezident Sadır Japarov tərəfindən imzalanıb.

Qeyd edək ki, Akılbek Japarov 13 oktyabr 2021-ci ildən etibarənNazirlər Kabinetinin sədri vəzifəsini icra edirdi və bu vəzifədə üçil çalışıb.

Onun yerinə Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə kimin təyinediləcəyi ilə bağlı rəsmi məlumat verilməyib.

Məqalədə:
Chosen
23
2
az.trend.az

1Sources