EN

Suriyanın dəmir xanımı Əsma Əsəd. Suriya prezidentinin nüfuzlu arvadı kimdir?

Məqalə barədə məlumatMüəllif, Kseniya QoqitidzeVəzifə, BBC

Suriya 13 illik müharibədən sonra xarabalığa çevrilib. 50 il bu ölkəni idarə edən Əsəd hakimiyyətinin sonuncu nümayəndəsi Bəşər Əsəad, həyat yoldaşı Əsma Əsəad və ailəsi Rusiyaya sığınıb.

Suriya müharibəsi başlayandan ölkədə hər nə qalıbsa inadla cəmi bir neçə adamın əlində saxlanılıb. Onlarından biri də Suriyanın Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd olub.

Onun adı müharibədən sonrakı Suriyada siyasi və maliyyə qüvvəsinin birləşməsinin simvolu olub. Onun xəbəri olmadan heç bir sövdələşmə aparılmır və mühüm qərarlar qəbul edilmirmiş. O, ölkədə ən güclü rezonans doğuran mülkiyyətin yenidən bölüşdürülmənin arxasında dayanıb.

İndi bütün Suriya Əsmaya məxsusdur – suriyalı iş adamları Əsəd ailəsi ölkədən qaçmamışdan onun haqqında belə deyirdilər.

Beş il əvvəl Əsma Əsədə döş xərçəngi diaqnozu qoyulub. O, sağalıb, lakin bu ilin may ayında həkimlər ona yeni xərçəng diaqnozu qoyublar - miyeloid leykoz (qan və sümük iliyinin bədxassəli xəstəliyi).

"Ərəb ledi Diana", "qaranlıq Suriya reallığında işıq şüası", "səhra qızılgülü", "millət anası", suriyalı Mariya Antuanetta, "dəmir ledi" - Əsma Əsədə müxtəlif vaxtlarda ölkədə və xaricdə dəfələrlə bu cür epitetlər verilib.

Bəs Suriyanın birinci xanımı kimdir?

"Müharibədən qazanan"Əsma

Şəklin mənbəyi, AFP

Chosen
34
bbc.com

1Sources