EN

Pensiyaçılara 232 manat, uşaqlara 246 manat - Yeni QANUN

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 285 manat götürüləcək.

Titul.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində əksini tapıb.

Yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
14
17
titul.az

10Sources