EN

Cənubi Koreyanın devrilmiş prezidenti dekabrın 18-də dindiriləcək

Müstəntiqlərin birgə qrupu Cənubi Koreyanın devrilmiş prezidenti Yoon Suk Yeolu dekabrın 18-də sorğu-sual edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

 

Dekabrın 14-də Cənubi Koreya parlamenti hərbi vəziyyətin tətbiqi ilə bağlı tələsik qərarını elan edən Prezident Yoon Suk Yeolun impiçmentinə səs verib. İndi Konstitusiya Məhkəməsi hazırkı rəhbərin vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar verməlidir.

 

Yoon Suk Yeol konstitusiya quruluşunu devirmək üçün üsyan hazırlamaqda şübhəli bilinir. Yonhap daha əvvəl bildirmişdi ki, prokurorlar Yoon Suk Yeolu dekabrın 15-də dindirməyə çağırıblar, lakin o gəlməyib.

 

Firruzə Əliyeva

Chosen
20
sfera.az

1Sources