EN

43 il diplomat işləmiş, işini itirən, Xalq artisti adından məhrum edilən şəxs kimdir?

Hər il olduğu kimi bu il ərzində də çox sayda şəxs vəzifələrini itirdi və ya yeni vəzifəyə təyinat aldı.

SeherXeber.org bu il ərzində Prezident İlham Əliyevin sərəncamları əsasında vəzifədən azad edilən şəxslərin siyahısını təqdim edir:

İlk olaraq yanvarın 29-da İlqar Mustafayev Prezident İlham Əliyev sərəncamı ilə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, onun yerinə Xanlar Adil oğlu Ağalarov gətirilib.

İlqar Mustafayev

Vəzifəsini itirən İ.Mustafayev sentyabrın 17-də isə həbs edilib. Sabiq sədr 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəməkdə, israf yolu ilə talamaqda, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməkdə və vəzifə saxtakarlığı törətməkdə şübhəli bilinir.

24 il ədliyyə naziri vəzifəsində çalışmış Fikrət Məmmədov da bu il vəzifəsini itirənlər sırasındadır. Fevralda işdən çıxarılan nazir daha sonra Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. 

Fikrət Məmmədov

Aprelin 16-da Aydın Münsüf oğlu İbadov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən göndərilib.

Apreldə Rasim İbrahimov Naxçıvan Muxtar Respublikası Babək Rayonunun, mayda Şair Alxasov 17 il çalışdığı Qusar Rayonunun, iyunda isə Asif Ağayev Beyləqan İcra Hakimiyyətinin (İH) başçısı vəzifəsindən azad ediliblər.

İyunda həmçinin 43 ildən artıq müddətdə diplomatik qurum və nümayəndəliklərdə tərcüməçilikdən səfir olmağa qədər müxtəlif postları tutmuş Şahin Şakir oğlu Abdullayev də vəzifə ilə vidalaşıb.

Şahin Abdullayev

İyulda Eyvaz Qurbanov 13 il çalışdığı Oğuz RİH-dəki, avqustda Tofiq İbrahimov 12 il çalışdığı Ağdaş RİH-dəki vəzifələrindən azad ediliblər.

Sentyabr ayı ərzində Mili Məclisin VII çağırışında deputat seçilən Asif Əsif Əsgərov Nəsimi RİH başçısı, Heydər Əsədov Dəniz Akademiyasının rektoru, Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri, Əli Əhmədov isə Baş nazirin müavini vəzifələrindən azad ediliblər.

Eyni zamanda 18 il Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış Xalq artisti Polad Bülbüloğlu da deputat seçildikdən sonra geri çağırılıb.

Səyyad Aran (Salahlı) bu ilin 15 iyulunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyinat alsa da, VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilməsi ilə əlaqədar sentyabrda vəzifədən azad edilib. 

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi olan Tofiq Etibar oğlu Həsənov külli miqdarda rüşvət almağa görə, 10 il müddətinə həbs olunub. Bundan sonra dövlət başçısının müvafiq sərəncamı ilə bu ilin oktyabrında ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

Tofiq Həsənov

Xalq artisti  Siyavuş Kərimi də 23 il rektoru olduğu Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

Siyavuş Kərimi

 

Chosen
26
2
seherxeber.org

3Sources