Qış fəslində bəzi insanlar baş ağrılarının artdığını deyirlər.
Mütəxəssislər buna əsas səbəb kimi atmosfer təzyiqinin dəyişməsini göstərirlər. Sözügedən mövsüm günəş işığının çatışmazlığı ilə xarakterizə olunur ki, bu da orqanizmdə D vitamininin istehsalına təsir göstərir. Onun çatışmazlığı yaxşı əhvali-ruhiyyə və ümumi rifahdan məsul olan serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. Serotonin çatışmazlığı baş ağrılarını təhrik edə və həmçinin orqanizmin stres faktorlarına həssaslığını artıra bilir.
Tez-tez baş ağrılarının yaranmasına təsir edən digər amillər istilik sistemlərinin işləməsi nəticəsində qapalı məkanlarda havanın quru olmasıdır. Quru hava burun və boğazın selikli qişasını qıcıqlandırır ki, bu da burun tıxanıqlığına və nəticədə baş ağrısı baş verir. Həmçinin havada nəm çatışmazlığı orqanizmin dehidratasiyasına səbəb olur ki, bu da özünü hiss etməyə mənfi təsir göstərir və ağrı hissinin yaranması ilə ortaya çıxır.
Stress və yorğunluğun təsiri danılmazdır. Qış mövsümü tez-tez orqanizmə yükün artması ilə müşayiət olunur: soyuq hava normal həyat fəaliyyətinin saxlanması üçün əlavə səy tələb edir, qısa işıqlı gün isə enerji səviyyəsini azaldır. Bütün bu amillər xroniki yorğunluğun inkişafını və ağrı hissinə həssaslığı artırır.
Zərintac MayisqızıMissiya.Az