EN

Avstriya millisinin keçmiş futbolçusu hücuma məruz qalıb

Bakı,16 dekabr, AZƏRTAC

Avstriyanın "Rapid" (Vyana) komandasının futbolçusu Qvido Burqştaller hücuma məruz qalıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Vyana şəhərində baş verib. 35 yaşlı hücumçu naməlum şəxs tərəfindən döyülüb. Baş nahiyyəsinə güclü zərbə alan oyunçunun kəllə sümüyü sınıb.

Avstriya millisinin sabiq futbolçusunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qvido Burqştaller milli komandanın heyətində 26 oyunda və 2 qolla yadda qalıb.

Chosen
29
5
azertag.az

5Sources