EN

Rusiyaya qaçan Bəşər Əsəddən ilk açıqlama

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dekabrın 8-də axşama qədər Dəməşqdə qaldığını və həmin gün ölkəni tərk etdiyini təsdiqləyib.

Olaylar.az-ın verdiyi xəbərə görə, Əsəd Suriyada baş verən hadisələr zamanı heç vaxt istefa vermək və ya qaçmaq fikrində olmadığını bildirib.

Qeyd edək ki, dekabrın 7-də HTŞ-nin Dəməşqə girməsi ilə Baas Partiyasının hakimiyyəti sona çatıb və rejim paytaxtdan qaçmışdır. Həmçinin, Suriya Milli Ordusu PKK/YPG-nin nəzarətində olan Tel-Rifatı azad edərək bölgədəki terror yuvasını təmizləyib.  (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
4
olaylar.az

5Sources