EN

Nəsir Məmmədov geri çağrıldı- Korrupsiya faktları araşdırılacaq?

 Xəbər verdiyimi ki,  Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycanın İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edildiyi iddia olunurdu.

XALQ.AZ-ın məlumatına görə səfirlikdə hər il viza alverindən milyonlar vəsait mənimsənilirdi. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir.

Viza alveri ilə məşğul olan “vasitəçi şirkət”in Azərbaycan Xarici İşlər Nazirliyindəki (XİN) rəhbər şəxslərdən birinə məxsus turizm şirkətinin olduğu bildirilir.

Qeyd edək ki, Nəsir Məmmədov  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.

 

Chosen
31
1
xalq.az

2Sources