EN

“PAŞA Bank” və ADA Universiteti yeni sosial layihəyə start verdi

Sosial məsuliyyətli korporativ vətəndaş olan ?PAŞA Bank?, ADA Universiteti və ADA Universiteti Fondu ilə birgə ?Women in Changeadlı yeni sosial layihəyə start verib.

Hədəf kütləsi müxtəlif sahələrdə fəaliyyət göstərən xanım sahibkarların olduğu layihənin məqsədi qadınların peşəkar inkişafını dəstəkləmək, müasir əmək bazarının tələblərinə uyğun bacarıqlar qazandırmaq və onları müsbət dəyişiklik və tərəqqiyə təşviq etməkdir.

Layihə çərçivəsində iştirakçılara müxtəlif mövzularda sessiyalar təqdim olunacaq. Bu sessiyalar, maliyyə, liderlik, kommunikasiya, sahibkarlıq kimi sahələrdə bilik və bacarıqların artırılması məqsədilə millət vəkilləri və korporativ sektordan olan mütəxəssislər tərəfindən interaktiv təlimlərlə keçiriləcək. Həmçinin, qadınların yaradıcı və mənəvi potensialını üzə çıxarmağa kömək edəcək incəsənət və yoqa dərsləri də təşkil ediləcək.

“PAŞA Bank” ölkənin və cəmiyyətin dayanıqlı inkişafına yönəlmiş fəaliyyət və təşəbbüsləri həyata keçirərək, gender bərabərliyini təşviq edən layihələrə, qadınların karyera inkişafına və sahibkarlıq imkanlarının artırılmasına xüsusi önəm verir. Bank öz fəaliyyəti ilə BMT Qlobal Sazişinin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusilə gender bərabərliyi, iqtisadi inkişaf və bərabərsizliklərin azaldılması məqsədlərini dəstəkləyir.

pr5 pr4 pr3

Chosen
31
2
banker.az

3Sources