Avstriyanın “Rapid” klubunun hücumçusu Quydo Burqstaller keçən Vyananın mərkəzində baş verən hücum nəticəsində başından ciddi xəsarət alıb.
Publika.az xəbər verir ki, 35 yaşlı futbolçu naməlum şəxsin hücumuna məruz qalıb və güclü zərbədən yıxılaraq kəllə sümüyü sınıb.
“Rapid” Burqstallerin yaxın bir neçə günü xəstəxanada keçirəcəyini bildirdi. Avstriya çempionatının 2022/23 mövsümünün bombardiri bir neçə ay oynaya bilməyəcək.
Paytaxt klubu hüquq-mühafizə orqanlarının hələlik naməlum cinayətkarı məsuliyyətə cəlb edəcəklərinə ümid etdiyini bildirib.