EN

Astarada yaşayış olmayan evdən meyit tapıldı

Astarada yaşayış olmayan evdə kişi meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə Astara rayonunun Şahağacı kəndində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun meyiti, əmisi oğluna məxsus yaşayış olmayan evdə aşkarlanıb. E.Həsənov həmin evin altında özünü asdığı bildirilir.

Bir uşağı olan Elvinin uzun müddətdir ailəsindən ayrıldığı deyilir və o, qardaşının himayəsində olub. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Chosen
21
9
unikal.az

10Sources