EN

Toydan sonra nağara: Rusiya Suriyanın gələcəyi ilə bağlı xüsusi açıqlama yaydı

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Suriyanın gələcəyini yalnız suriyalılar özləri müəyyən etməlidirlər.

Musavat.com xəbər verir ki, nazirlik, Suriyada davamlı normallaşmanın inklüziv daxili dialoqun başlanmasından keçdiyini vurğulayıb.

Moskva, Rusiya və Suriya xalqları arasında dostluq münasibətlərinin konstruktiv şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, dekabrın əvvəlində Qətər Xarici İşlər Nazirliyi Rusiya, İran, Türkiyə və beş ərəb ölkəsinin Suriyadakı vəziyyətlə bağlı birgə bəyanatını yayımlamışdı. Bəyanatda tərəflər Suriyadakı böhranın siyasi həlli üçün birgə səylərin göstərilməsi barədə razılığa gəliblər. 

Bundan əlavə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Türkiyə Xarici İşlər Naziri Hakan Fidan arasında telefon danışığı olub. Tərəflər Suriyada, xüsusilə Hələb və İdlibdə hərbi eskalasiyadan narahatlıqlarını ifadə edərək, “Astana formatı” çərçivəsində vəziyyətin sabitləşdirilməsi üçün birgə hərəkətlərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar. 

İran Xarici İşlər Nazirliyi də Suriyanın milli birliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa dair prinsipial mövqeyini xatırladaraq, Suriyanın gələcəyi və taleyinin yalnız bu ölkə vətəndaşlarına məxsus olduğunu vurğulayıb. 

Musavat.com bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlaması, İranın da açıqladığı mövqe Azərbaycanda “Toydan sonra nağara” deyiminə çox bənzəyir. Artıq Rusiya ordusu Suriyadan çıxmış, İran hərbçiləri qovulmuş vəziyyətdədir. İran vı Rusiua Suriyanın indisinə və gələcəyinə heç bir təsir göstərə bilmirlər. Onlar aktlıqdan izləyici roluna keçiblər: heç bir qurumda, heç bir prosesdə rol almırlar. Sadəcə indi, Moskvadan və Tehrandan bəyanat yaymaqla məşğuldur.

Xeyirlisi də budur...

 

Musavat.com

Chosen
26
24
musavat.com

10Sources