Dekabrın 17-də səhər saatlarında Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
"Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib.İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub”, - KİV-lərdən biri yazıb.
"Mash Telegram" kanalı partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qüvvələrinin (RCBZ) general-leytenantı və onun köməkçisinin öldüyünü qeyd edib.
Gülayə Mecid