Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.
Quterreş Suriyanın müvəqqəti hökumətinin mülki insanları qorumaq öhdəliyini alqışlayıb.
“Mən Suriyadakı müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram”, - deyə o açıqlamasında deyib.
Suriyadakı mövcud hadisələr işığında Quterres, BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçeri Suriyadakı müvəqqəti hökumətlə humanitar yardımı artırmaq üçün Dəməşqə göndərdiyini qeyd edib.
"Cebheinfo.az"