EN

Kirayə qalan kişilərə BƏD XƏBƏR: Vaxt azalır

Amerikada aparılan araşdırma nəticəsində tez yaşda insanların evinin olması onların ömrünü uzatdığını üzə çıxarıb.

KONKRET.az xəbər verir ki, araşdırmalar əsasında evi olmayan kişilərin daha tez öldüyü üzə çıxıb.

Tədqiqat 1920-1940-ci illərdə ABŞ-da aparılmış siyahıyaalma məlumatları və ölüm qeydləri əsasında həyata keçirilib. Araşdırmada 24-35 yaş aralığında olan ev sahibi şəxslərlə kirayədə yaşayanların müqayisəsində ev sahiblərinin 4-6 ay daha uzun yaşadığı göstərilib. Bundan əlavə ev sahibi olmaq qara dərili amerikalıların ömrünü 0.36 il, ağ dərili amerikalıların isə 0.42 il uzadıb.

Araşdırma əsasında əmlakın dəyərinin ömür uzunluğuna təsirinin minimal olduğunu göstərib. Yəni, evin ucuz və ya baha olması önəmli deyil, əsas məsələ, bir şəxsin öz evinə sahib olmasıdır. Bu nəticə sosial mənzil siyasətinin və bərabər imkanların təmin olunmasında əhəmiyyətli bir rol oynayır. Əgər sosial mənzil siyasətləri daha geniş bir şəkildə həyata keçirilsə, xüsusilə aşağı gəlirli və ya dezavantajlı qruplar üçün ev sahibi olmaq imkanı yaradılarsa, bu, sosial ədalətin gücləndirilməsi və cəmiyyətdə bərabər imkanların yaradılmasına mühüm təsir edər.

Bu araşdırma insanların yaşadığı şəraitin, onların həyat keyfiyyətini və ümumi rifahını birbaşa təsir etdiyini göstərir. Ev sahibi olmaq insanların sağlamlıq vəziyyətinə, psixoloji vəziyyətlərinə və ümumiyyətlə daha stabil bir həyat sürmələrinə müsbət təsir göstərir. /milliaz

Chosen
23
3
konkret.az

10Sources