Vanuatu sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 12:47-də (Bakı vaxtı ilə saat 05:47-də) paytaxt Port Viladan 25 km qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.
ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi sunami təhlükəsi elan edib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.