EN

Gürcüstan Azərbaycana pul köçürmələrinin həcmini azaldıb

2024-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 26,574 milyon ABŞ dolları təşkil edib.

Kommersant.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz, yaxud 215 min dollar azalıb.

Gürcüstandan edilən köçürmələrin ümumi köçürmələrdəki payı 3,1 faiz təşkil edir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına əsasən Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 37,475 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2023-cü ilin yekunlarına görə, xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin ümumi həcmi 1,654 milyard ABŞ dolları təşkil edib.

Chosen
9
2
kommersant.az

3Sources