EN

Azərbaycanda professor vəfat etdi

İqtisad elmləri namizədi, fəxri professor Asif Kərimov vəfat edib.

AzEdu.az xəbər verir ki, o, 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Asif Kərimov 1931-ci il mart ayının 19-da Fizuli rayonunda anadan olub. O, 1950-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı adına İnstitutunun Maliyyə-kreditfakultəsinə daxil olub. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1957-ci ildə SSRİ Təhsil nazirliyinin təyinatı ilə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.

O, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) “Maliyyə və audit “kafedrasının müdiri vəzifəsində çalışıb.

Müəllimlik fəaliyyəti dövründə maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir.

Asif Kərimov Azərbaycan Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilib.

 

Chosen
8
4
azedu.az

7Sources