EN

“Media Savadlılığı” Konfransı keçirilir

Bakı. Trend:

“Media Savadlılığı” Həftəsi çərçivəsində müxtəlif qurumlarınrəsmilərinin, sahə üzrə yerli və xarici ekspertlərin və 500 nəfərəyaxın Azərbaycan könüllüsü və gəncinin iştirakı ilə “MediaSavadlılığı” Konfransı keçirilir.

Trend xəbər verir ki, konfransınaçılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçıdirektoru Əhməd İsmayılov media savadlılığının artırılmasınınkifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edəndavamlı proses olduğunu, dövlət qurumlarının, medianın vəcəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının vəeffektiv kommunikasiyasının vacibliyini, medianın məzmunistehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüməhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə sürətliquruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesininintensivləşməsi ilə yanaşı, paytaxt Bakının müstəqillik tariximizinən böyük, qlobal miqyaslı tədbirinə – BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun vəlider mövqeyinin göstəricisi olub.

“Azərbaycanın dinamik ictimai mühiti, dövlətimizin dünyanındiqqət mərkəzinə çevrilməsi ilk növbədə Azərbaycan mediasınınfəaliyyətinə ciddi təsir göstərmiş, onun tək ölkə daxilində deyil,eyni zamanda beynəlxalq media gündəminin formalaşdırılmasındapeşəkar fəallığını artırması üçün ciddi informasiya əsasıyaradıb.

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasdanüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrinhəyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyətgötürməsinin növbəti təzahürü idi.

BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab ediləniqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektivişıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətindolğun məlumatlandırılması baxımından səmərəli media vəkommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgünformalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı.

Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün mediasubyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksəkpeşəkarlıq nümayiş etdirmiş, həm yerli, həm də xarici auditoriyanıninformasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər.

Fürsətdən istifadə edərək, COP29 zamanı peşəkar fəaliyyətləriniyüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrikedir, təşəkkürümüzü bildiririk!”,- deyə o bildirib.

Xəbər yenilənəcək

Chosen
29
5
az.trend.az

9Sources