EN

PKK-nın ikinci şəxsindən Suriya ETİRAFI: “Orada yoxuq”

“Bəəs rejimi çökdü. Zamanı düzgün dəyərləndirmədilər. Xüsusilə son 13 il ərzində bir çox çağırış oldu, lakin onlar özlərini dəyişimə qapatdılar”.

Yenicag.az xəbər verir ki, bu sözləri terrorçubaşı, KCK (Kürdüstan İcmalar Şurası) icra şurasının sədri, PKK-nın ikinci şəxsi Murat Karayılan deyib.

Suriyadakı Bəşər Əsəd rejimin devrilməsindən söz açan Karayılan bildirib ki, rejim yalnız kəşfiyyata və zorakılığa əsaslanan siyasəti davam etdirmək istədi:

“Sonda bu 12 gündə olduğu kimi, rejim ciddi müharibə olmadan dağıldı. İndi Suriyanın yenidən dizayn edilməsi gündəmi var. Hər kəsin məqsədi fərqlidir. Məsələn, Türkiyənin də, İsrail və digər tərəflərin də fərqli məqsədləri var. Türkiyə Suriyanı özünəməxsus şəkildə dizayn etmək istəyir. Əslində, uzun müddətdir Türkiyədə olan və özlərini müxalifət adlandıran qruplar müvəqqəti hökumət qurublar. Onlar Qaziantep və İstanbulda yaşayırlar. Türkiyə həmin müxalifətin Dəməşqdə hakimiyyətə gəlməsini istəyirdi”.

O, əlavə dib ki, Türkiyənin istəyi bu istiqamətdə idi ancaq oyunqurucu qüvvələr bunu qəbul etmədilər:

“Onlar isə əksinə, HTŞ lideri Məhəmməd əl-Qolaninin yolunu açmağı seçiblər. Görünür, onun rəhbərliyi altında Suriyanı yenidən dizayn etmək istəyirlər. Lakin müxaliflərin heç bir gücü yoxdur. Əsl güclü olan HTŞ-dir. HTŞ liderinin müəyyən əlaqələri olduğu anlaşılır”.

KCK üzvü onu da deyib ki, onlar hazırda Suriyada deyillər:

“Biz açıq şəkildə bəyan edirik: Biz PKK olaraq Rojavada yoxuq. Rojavada heç bir təşkilatla da əlaqəmiz yoxdur. Hamı Rojavaya getdiyimizi və qayıtdığımız zamanı bilir. İŞİD hücum edərkən Kərkük, Ərbil, Maxmur, Sincar və şübhəsiz ki, Kobani (Ayn al-Arab) və Rojavaya getdik, amma daha sonra geri döndük. İndi buna əsaslanaraq, “PKK orada var” deyirlər. Xeyr, belə bir şey yoxdur”.

Rafi Müslümov

Chosen
14
46
yenicag.az

10Sources