Bakı, TurkicWorld
Məşhur sənətçi Ferdi Tayfur, Muğlanın Marmaris rayonunda evində qəflətən pisləşərək özəl xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib.
TurkicWorld sənətçinin vəziyyətinin ağırlaşması nəticəsində, həkiminin tövsiyəsi ilə təcili yardım təyyarəsi ilə Antalyaya göndərilib.
Əldə edilən məlumata görə, Ferdi Tayfur Marmarisdə evində xəstələnib və ilk olaraq yerli xəstəxanaya aparılıb. Səhiyyə işçiləri onun vəziyyətini dəyərləndirərək, Antalyaya göndərilməsini məsləhət görüblər.
Qeyd edək ki, bir müddət dializ müalicəsi alan Ferdi Tayfura 2020-ci ildə Antalyada oğlunun böyrəyi köçürülmüşdü.