EN

Türkiyə MİT-dən ƏMƏLİYYAT: PKK\YPG terrorçusu məhv edildi – FOTO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının “liderlərindən” Mutlu Qacar ​​zərərsizləşdirilib.“Karker Andok” kod adı ilə tanınan yaraqlı qruplaşmanın Suriyadakı Ayn əl-Ərəb (Kobani) bölgəsi üzrə iyerarxiyasında “məsuliyyət daşıyırdı”.Gununsesi.info xəbər verir ki, Türkiyə təhlükəsizlik mənbələrinin məlumatına görə, Mutlu Qacar ​​1997-ci ildə PKK/YPG sıralarına qoşulub. 2009-cu ildə İraqın Heftanin bölgəsində terror fəaliyyəti ilə məşğul olub. Təhlükəsizlik qüvvələri ilə atışmaların birində o, əlindən və gözündən yaralanıb.2013-cü ildə o, İraqın Mahmur Rustem Kudi düşərgəsinə, 2015-ci ildə isə Suriyanın Tel-Rifat bölgəsinə cavabdeh olan qondarma “vəzifəsini” tutub. 2020-ci ildə Tell Rıfatda PKK/YPG “yerli qüvvələr” üçün məsul olub.2021-ci il iyulun 24-də onun göstərişi ilə Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı” antiterror əməliyyatı zonasında xidmət edən təhlükəsizlik qüvvələrinin kolonnasına qarşı terror aktı həyata keçirilib. Hücum nəticəsində iki Türkiyə əsgəri şəhid olub.Gununsesi.info

Chosen
638
13
gununsesi.info

5Sources