Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının “liderlərindən” Mutlu Qacar zərərsizləşdirilib.“Karker Andok” kod adı ilə tanınan yaraqlı qruplaşmanın Suriyadakı Ayn əl-Ərəb (Kobani) bölgəsi üzrə iyerarxiyasında “məsuliyyət daşıyırdı”.Gununsesi.info xəbər verir ki, Türkiyə təhlükəsizlik mənbələrinin məlumatına görə, Mutlu Qacar 1997-ci ildə PKK/YPG sıralarına qoşulub. 2009-cu ildə İraqın Heftanin bölgəsində terror fəaliyyəti ilə məşğul olub. Təhlükəsizlik qüvvələri ilə atışmaların birində o, əlindən və gözündən yaralanıb.2013-cü ildə o, İraqın Mahmur Rustem Kudi düşərgəsinə, 2015-ci ildə isə Suriyanın Tel-Rifat bölgəsinə cavabdeh olan qondarma “vəzifəsini” tutub. 2020-ci ildə Tell Rıfatda PKK/YPG “yerli qüvvələr” üçün məsul olub.2021-ci il iyulun 24-də onun göstərişi ilə Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı” antiterror əməliyyatı zonasında xidmət edən təhlükəsizlik qüvvələrinin kolonnasına qarşı terror aktı həyata keçirilib. Hücum nəticəsində iki Türkiyə əsgəri şəhid olub.Gununsesi.info