EN

İsrail ilk yerli istehsalı olan kvant kompüterini təqdim edib

İsrail gələcək texnoloji irəliləyişlər üçün zəmin yaradan ilk yerli istehsal olan kvant kompüterini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı İsrailin mətbuat xidməti (TPS-IL) məlumat yayıb. Bildirilib ki, məlumatı ikili bitlərdə emal edən ənənəvi kompüterlərdən fərqli olaraq, kvant kompüterləri eyni vaxtda bir neçə vəziyyətdə mövcud ola bilən “kvant bitlərindən” istifadə edir və eyni anda xeyli sayda məlumatları emal etməyə imkan verir.

Kvant kompüterləri kriptoqrafiya, optimallaşdırma, materialşünaslıq və mürəkkəb sistemlərin simulyasiyaları kimi tapşırıqlar üçün xüsusilə əhəmiyyətlidir. Kvant hesablama, həmçinin hesablama sürətini və tutumunu dəyişdirməyi vəd edir.

Chosen
12
2
xalqqazeti.az

3Sources