EN

Onkoloji xəstəliklərin diaqnostikasında yenilik olacaq

Onkoloji xəstəliklərin diaqnostikasında istifadə edilən Pozitron emissiya tomoqrafiyasının icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə edilməsi ilə bağlı xərclər hesablanır.

Heftelik.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Milli Onkologiya Mərkəzi ilə bu istiqamətdə danışıqlar gedir:

“Həmin aparatların sayının artırılması, müayinənin əhali üçün əlçatan olması təmin edilməlidir. Gələn il yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Chosen
25
12
heftelik.az

10Sources