Moskvada partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və sürücüsü həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, partlayıcı qurğu onun evinin girişinin yanında dayanan samokata yerləşdirilib. Partlayıcı qurğunun gücü təxminən 200 qram trotil təşkil edib.
Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir. Əməliyyat-axtarış tədbirləri keçirilir.