EN

Anarın həbs edilən kürəkənin dostu Mərkəzi Nəbatat Bağında nə işlə məşğuldur?!

Xəbər verdiyimiz kimi, Şəkidə meşəlik ərazidə ağacları kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Aqreqator.az bakupost.az-a istinadən xəbər verir ki, məhkəmə “Plazalar kralı” kimi tanınan Qafar Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Qeyd edək ki, mətbuatda Qafar Dəmirçinin xalq yazıçısı, AYB sədri Anarın kürəkəni olduğu barədə məlumatlar yayılıb. Qeyd olunur ki, “Plazalar kralı” yazıçı Günel Anarqızının övladı Sezen Məmmədlinin həyat yoldaşıdır.

Qafar Dəmirçinin həbsi, eləcə də bu məsələdə adının hallanması ilə bağlı xalq yazıçısı Anarla əlaqə saxlanılıb. O, isə sualı eşidən kimi əsəbi şəkildə ona cavab veməkdən imtina edib:

“Mən bu suala cavab vermirəm!"

Bu olayla oxşarlıq təşkil digər bir məlumat isə ötən gün internet televiziyası olan Laf tv-də jurnalist Ləman Ələşrəfqızı tərəfindən səsləndirilib.

Bu günlərdə Nəbatat bağına yeni müavin təyin olunan İlkin Qəhrəmanlı qanunsuz ağac kəsməkdən ittiham edilən, ekologiyaya vurduğu külli miqdarda ziyana görə həbsdə olan Qafar Dəmirçinin yaxın dostu və iş ortağıdır. Bəs haqlı sual meydana gəlir. Belə bir şəxsin indiki halda vəzifədə olması nə dərəcədə təsadüfidir? Adı hektarlarla meşə ərazisini məhv etməkdə hallanan Qafar Dəmirçiylə yaxın olan birinin Nəbatat bağında nə işi var,üstəlik də vəzifəsi olan məsul bir şəxs kimi?! Nə baş verir?
Mərkəzi Nəbatat bağı biomüxtəlifliyin məkanı olaraq prezident İlham Əliyevin təşəbbüsü ilə təmir işləri nəticəsində yenidən qurularaq vətəndaşlarımızın istifadəsinə verilmişdir.Həmçinin ölkəmizə gələn turistlərin də istirahət üçün üz tutduğu sevimli məkanlardan biridir. Ölkə başçısının uğurlu siyasətinin məntiq göstəricisi olaraq yaşıllaşmaya ciddi şəkildə diqqət ayırılıb və digər tərəfdən də yaxın vaxtlarda da COP29 kimi möhtəşəm beynəlxalq iqlim konfransına ev sahibliyi etdik. Lakin bu qədər işlərin görülməsinə rəğmən Nəbatat bağına dələduz şəxslərlə yaxınlıq edən kadrların gətirilməsi ekologiyamız vəgələcəyimiz üçün də böyük bir təhlükə yaratmaqdadır. Tanınmış yunan filosofu Sokratın gözəl bir deyimiylə bu olan-bitənlərə qiymət vermək mümkündür.Dostunu göstər sənin kim olduğunu deyim.
Hər halda yazıçı Anarın kürəkəni Qafar Dəmirçinin dələduz çıxması bir ayrı dərd olduğu təqdirdə,belə xeyirsiz adamın dostu İlkin QəhrəmanlınınNəbatat bağında çalışması da bir başqa faciədir.Sözün həqiqi mənasında tragikomediya təsiri bağışlayır.
Hər halda bizdən hələki bu qədər,bundan sonrası aidiyyəti qurumların işidir.
Ümidvarıq ki onlar hər işdə olduğu kimi bu dəfə də Bakının ağ ciyəri hesab edilən Mərkəzi Nəbatat bağı üçün də yarana biləcək hər hansı təhlükələrin qarşısını əvvəlcədən almağı bacaracaqlar.

Mənbə: www.bakupost.az

Chosen
12
www.bakupost.az

1Sources