EN

Bakıda “Gömrük-Biznes Forumu 2024” keçirildi - Foto

Dekabrın 17-də “Gülüstan” sarayında Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və "bp" şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib.

Teleqraf.com xəbər verir ki, forumunun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.

Forumda dövlət və özəl sektor, ictimaiyyət, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər.

Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan, 2025-ci ildən etibarən tətbiqinə başlanacaq gömrük dəyərini qabaqcıl beynəlxalq təcrübə əsasında dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri”, saxlanc xərclərini azaldılmasına, malların istehlakçıya daha sürətli şəkildə çatdırılmasına, biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq “İkipilləli Buraxılış Sistemi” və daşıyıcılar üçün resursların daha rasional bölüşdürülməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından əhəmiyyətli olan “İlkin Məlumatlandırma Sistemi” layihələrinin təqdimatı keçirilib.

Qeyd edək ki, rəqəmsal həllərə və beynəlxalq dəyərləndirmə standartlarına, süni intellektə və elmi araşdırmalara əsaslanan yeni layihələr əlverişli biznes mühitinin formalaşdırlması, vaxt və vəsaitə qənaət olunması, gömrük işinin səmərəliliyinin artırılması baxımından xarici ticarət iştirakçılarına əlavə imkanlar yaradacaq.

Daha sonra Səlahiyyəti İqtisadi Operator layihəsiçərçivəsində SİO statusu alan “Bakı Beynəlxalq DənizTicarət Limanı” QSC-yə və “FoodCityAqrokompleks”-ə sertifikatlar təqdim olunub.

Forum öz işini panel müzakirə ilə davam etdirib vəsahibkarları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Şəbnəm Zahir
Chosen
32
2
teleqraf.com

4Sources