EN

Bakıda qadın hamamda zorlanıb? - VİDEO

Qadın kirayə yaşadığı evdə zorakılığa məruz qaldığını və zorlandığını iddia edir.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə CityPost.az saytına müraciət edən  Nuranə Həsənova (Red- ad,soyad şərti qeyd edilib) özü bildirib. Qadının iddiasına görə, 2021-ci ilin aprelin 17-sindən  18-nə keçən gecə Yasamal rayonu  ərazisində kirayə yaşadığı mənzildə ev sahibi tərəfindən zorlanıb.


 “Dadaş Bünyatzadə küçəsi 169 nömrəli mənzildə bir il idi ki,kirayə yaşayırdım. Adəti üzrə hər gün işə gedib, axşam da  evə qayıdırdım. Ev sahibi  Nazim  Məcidov  həyətində  olan  bir  neçə  kiçik  otaqları  kirayə  vermişdi. Özü də ailəsi ilə həmin həyətdə yerləşən  digər  evdə yaşayırdı. Bir müddət orada yaşadıqdan sonra N.Məcidovun mənə qarşı davranışlarında xoşagəlməz nüansları hiss etdim. Evə girib-çıxanda  məni  qəribə  baxışlarla  sezirdi. Onun  xoşagəlməz  hərəkətlərini hiss etdikdən sonra  evdən  çıxmaq qərarına gəldim. Özümə  yeni  ev  axtaran zaman  başıma  bu   bəla  gəldi.  

 

Yaşadığım  evin qonşu otağında Radxa adlı bir qadın da qalırdı. Onun  ev sahibi   Nazimlə   əvvəldən  tanışlığı olub. Eşitdiyimə  görə Radxanın üzərində cinayət işi də olub...

 Hadisə  baş verən günü evə gəldim,yemək yedim.Bişirdiyim yeməkdən Radxaya  və 13 yaşlı oğluna da pay çəkdim. Yeməyimizi  bitirdikdən  sonra   Radxaya  hamama  girəcəyimi bildirdim. O isə,mənim hələ gözləməyimi,əvvəlcə özünün  hamamlanmaq istədiyini dedi. Radxa mənə çay gətirdi. Çayı içib,hamama daxil oldum. Üstündən 3-4 dəqiqə keçməmiş özümü pis hiss etməyə başladım. Gördüm ki,başım keyiyir. Özümü ayaqda saxlamaq üçün üzümə soyuq su vurdum. Daha sonra yerə yıxıldım. Gerisini  xatrılaya  bilmirəm...”

 

Qadının iddiasına görə,onun çayına qatılan dərmandan sonra o bu hala düşüb.Planı isə ev sahibi ilə həyətdə kirayə yaşayan Radxa adlı qadın birlikdə qurublar.

“Mən huşumu itirib yerə yıxılmışam. Radxanın oğlu hamama girmək istəyərkən  oradan  xırıltı  səsləri  eşidib.Tez qaçaraq anasına  xəbər verib.Anası onun çağırışlarına  ilk olaraq   məhəl  qoymayıb. Uşağın ağlamasından sonra ev sahibi Nazimə  məlumat  verib. Nazim evdə olan digər şəxslərdən gizli olaraq hamama daxil olub.Mənim özümdə olmamağımdan istifadə edərək mənimlə zorla cinsi əlaqədə olub.Daha sonra mənə ağır xəsarətlər yetirib”,-deyə qadın bildirib.

Nuranə Həsənovanın (Ad-soyad şərtidir) sözlərinə  görə,ev  sahibi ona təcavüz etdikdən sonra  onu həyətə çıxarıb.Daha sonra eyni həyətdə yaşayan arvadı Aynuru da  oraya  çağırıb. 

“Mənə həkim çağırmaq əvəzinə  özləri tərətdiyi cinayəti ört-basdır etmək üçün plan cızmağa  başlayıblar. Bütün bunları  mənə  həyətdə  kirayə yaşayan digər qadın bildirib. Sağolsun,həkimi də məhz həmin xanım çağırıb... Məni şok vəziyyətində  “Semaşko” xəstəxanasına  aparıblar. Orada ayılan zaman ayağımın sındığını,alt dişlərimin qırıldığını bildim. Başa düşdüm ki, ev sahibi Nazim Məcidov mənə  təcavüz  edərkən ağır xəsarətlər də yetirib”,-deyə  qadın iddiasında bildirib.

Şikayətçinin sözlərinə görə,hadisədən  4 ilə  yaxın vaxt keçsə də həmin şəxslər cəzalarını almayıblar.Bu məsələ ilə bağlı rəsmi şəxslərin də qəbullarında olduğunu bildirib.

“Mən özümə gələndən sonra Radxa yanıma gəldi. Yaman həyəcanlı idi.Özü də ağlayırdı. Mənə dedi ki,bu işdə onun da əli olub. Daha sonra dedi ki, mənim başıma bir fəlakət gəlsəymiş,ev sahibi Nazim  bütün bunları  Radxanın  üstünə ataraq, onu tutduracaqmış... Bütün bu sözlər məndə şübhələr yaratdı.İndi ədalətin bərpa olunacağı günü gözləyirəm”,-deyə şikayətçi bildirib.

CityPost.az yazıda adları hallanan Radxa adlı qadının və ev sahibi Nazim Məcidovun da mövqeyini işıqlandırmağa hazırdır.

Chosen
12
50
oxu24.com

10Sources