"Suriyada" Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Əbu Məhəmməd Colaninin prezidentliyə namizəd olacağı dəqiqləşib.
Paytaxt.org bildirir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Məlumatda bildirib ki, hazırda ölkədə azad Suriya dövlətinin inşa edilməsində maraqlı olan qüvvələr mübarizələrinə davam edirlər.
Əhali də özlərinə yaxın şəxsin Suriya prezidenti olmasını istəyir. Lakin çoxluğun keçmiş müxalifətin, indiki hakimiyyətin əlində olması digər güclərin də xalqın istəyi ilə hesablamaşmasına şərait yaradır. Çünki, xalqın istəyindən başqa alternativ olarsa bu suriyalılara yenidən baha başa gələ bilər.
Amma, Türkiyə dövlətinin dəstəyi və Suriya xalqınının seçim gücü HTŞ lideri Əbu Məhəmməd Colaninin tam tərəfində olarsa o, zaman azad Suriya dövləti yaranar və yeni hökümət qurular. Hələ də PYD/YPG məsələsimüvəqqəti çətinlik kimi görünsə də Colani və müttəfiqləri bunu dəf edəcək qədər potensiala və gücə malikdir, deyə ölkə mediası yazıb.