EN

Yer kürəsində maqnit qasırğası başladı

Dekabrın 17-də səhər saatlarından Yer kürəsini zəif maqnit qasırğası bürüyüb.

AzEdu.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında paylaşım edib.

Meteoroloq bildirib ki, maqnit qasırğası Moskva vaxtı ilə saat 8:21-də (Bakı vaxtı ilə 9:21 - red.) başlayıb və G1 sinfinə aid edilib.

Eyni zamanda, əvvəlki paylaşımda mütəxəssis qeyd edib ki, Yerdə maqnit qasırğasının yaranmasına sıx və sürətli Günəş küləyi axını səbəb olur. O, həmçinin, bunun uzun sürməyəcəyinə əminliyini də ifadə edib.

"Maqnit qasırğasının intensivliyi zəif səviyyəni keçməyəcək", - deyə Leus əlavə edib.

Chosen
32
4
azedu.az

6Sources