EN

Neft məhsulları istehsalı azalıb

Bu ilin 11 ayında 4390,5 milyon manatlıq neft məhsulları istehsal edilib.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azdır.

Komitənin məlumatına görə, neft məhsullarından mazut istehsalı 4,8 dəfə, sürtkü yağları istehsalı 17,8 faiz, ağ neft istehsalı 1,6 faiz artıb, avtomobil benzini istehsalı 9,4 faiz, neft bitumu istehsalı 7,7 faiz, neft koksu istehsalı isə 18,1 faiz azalıb.


Müəllif: Teleqraf.com
Chosen
8
6
teleqraf.com

7Sources