Azərbaycanda bu ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 390,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azalıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 4,8 dəfə, sürtkü yağları istehsalı 17,8%, ağ neft istehsalı 1,6% artıb.
Məlumata görə, hesabat dövründə avtomobil benzini istehsalı 9,4%, dizel yanacağının istehsalı 7%, neft bitumu istehsalı 7,7%, neft koksu istehsalı isə 18,1% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 1210,8 | 90,6 | 5,0 |
Ağ neft, min ton | 554,8 | 101,6 | 10,9 |
Qazoyllar (dizel yanacağı), min ton | 1967,0 | 93,0 | 56,3 |
Mazut, min ton | 27,4 | 4,8 d. | 1,4 |
Sürtkü yağları, min ton | 63,4 | 117,8 | 6,7 |
Maye qazlar, min ton | 166,3 | 76,4 | - |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 970,1 | 93,7 | 22,5 |
ondan: | |||
neft bitumu, min ton | 237,7 | 92,3 | 4,4 |
neft koksu, min ton | 173,8 | 81,9 | 17,0 |