EN

Azərbaycanda avtomobil benzininin və dizel yanacağının istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 390,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azalıb.

Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 4,8 dəfə, sürtkü yağları istehsalı 17,8%, ağ neft istehsalı 1,6% artıb.

Məlumata görə, hesabat dövründə avtomobil benzini istehsalı 9,4%, dizel yanacağının istehsalı 7%, neft bitumu istehsalı 7,7%, neft koksu istehsalı isə 18,1% azalıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri

2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1210,8

90,6

5,0

Ağ neft, min ton

554,8

101,6

10,9

Qazoyllar (dizel yanacağı), min ton

1967,0

93,0

56,3

Mazut, min ton

27,4

4,8 d.

1,4

Sürtkü yağları, min ton

63,4

117,8

6,7

Maye qazlar, min ton

166,3

76,4

-

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

970,1

93,7

22,5

ondan:

     

neft bitumu, min ton

237,7

92,3

4,4

neft koksu, min ton

173,8

81,9

17,0

Chosen
6
6
fed.az

7Sources