EN

Rusiya və Suriya hərbi bazalarla bağlı danışıqlar aparır

Rusiya tərəfi Suriya ilə Tartus və Latakiya əyalətlərində hərbi bazaların saxlanılması ilə bağlı danışıqlar aparır. Onlar “pozitiv atmosferdə” baş verir.
Bu barədə mənbələrə istinadən “The National” məlumat yayıb.

Mənbələrdən biri vurğulayır ki, “Biz danışıqların ilk mərhələsindəyik”.

Onun sözlərinə görə, ölkə əhalisi yeni həyat qurmaq və irəli getmək istəyir, ona görə də dostluq münasibətlərini bərpa etmək lazımdır. Mənbənin qeyd etdiyi kimi, Tartus limanının icarəsini ləğv etmək mümkün deyil və istənilən yeni rejim buna hörmətlə yanaşmalıdır.

“Qırmızı xətlər yoxdur, bu, ideologiyaya deyil, maraqlara əsaslanır”, - mənbə əlavə edib.

Chosen
16
ikisahil.az

1Sources