EN

Azərbaycanda avtomobil benzininin və dizel yanacağının istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 390,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 4,8 dəfə, sürtkü yağları istehsalı 17,8%, ağ neft istehsalı 1,6% artıb.

Məlumata görə, hesabat dövründə avtomobil benzini istehsalı 9,4%, dizel yanacağının istehsalı 7%, neft bitumu istehsalı 7,7%, neft koksu istehsalı isə 18,1% azalıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri 2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 1210,8 90,6 5
Ağ neft, min ton 554,8 101,6 10,9
Qazoyllar (dizel yanacağı), min ton 1967 93 56,3
Mazut, min ton 27,4 4,8 d. 1,4
Sürtkü yağları, min ton 63,4 117,8 6,7
Maye qazlar, min ton 166,3 76,4 -
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton 970,1 93,7 22,5
ondan:      
neft bitumu, min ton 237,7 92,3 4,4
neft koksu, min ton 173,8 81,9 17

© APA

Chosen
11
6
valyuta.az

7Sources