EN

Azərbaycanda barama istehsalı kəskin aşağı düşüb - RƏSMİ

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 12 milyard 216 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

FED.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,6 % artaraq 6 milyard 23 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,4 % artaraq 6 milyard 192 milyon manat olub.

Dekabrın 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 245,9 min ton və yaxud 1 il əvvələ nisbətən 0,7 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 831,5 min ton (1 % çox) tərəvəz, 1 milyon 309,3 min ton (4,8 % çox) meyvə və giləmeyvə, 920,2 min ton (7,6 % az) kartof, 490,4 min ton (11,9 % çox) bostan məhsulları, 243 min ton (7,5 % az) pambıq, 213,7 min ton (0,1 % çox) şəkər çuğunduru, 202 min ton (9,3 % az) üzüm, 31,1 min ton (6,3 % çox) günəbaxan, 5,9 min ton (12,8 % çox) tütün, 1,1 min ton (4,9 % az) yaşıl çay yarpağı yığılıb.

11 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 543,6 min ton ət, 2 milyon 80,4 min ton süd, 2 milyon 97,7 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub, illik müqayisədə ət istehsalı 1 %, süd istehsalı 0,9 %, yumurta istehsalı 4,8 % artıb, yun istehsalı 2,1 %, barama istehsalı 32,9 % azalıb.

Chosen
10
8
fed.az

10Sources