EN

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Dekabrın 17-də müdafiə nazirinin birinci müavini - AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərliketdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığınınnümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, türkiyəli qonaqlar əvvəlcəFəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmlioftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını,həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklilvə gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayişetdiriblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdəgeneral-polkovnik K.Vəliyev qonaqları salamlayıb və onlarıAzərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyə arasında mövcud uğurlu hərbi əməkdaşlığındostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirənBaş Qərargah rəisi bu müttəfiqliyin hər iki ölkənin orduquruculuğuna verdiyi töhfələrdən danışıb və daha da inkişafetdirilməsinin vacibliyini vurğulayıb.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirəngeneral-leytenant T.Altuğ ölkələrimiz arasında qarşılıqlı təcrübəmübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrinyüksək səviyyədə olduğunu qeyd edib, Azərbaycanın Türkiyənin vacibtərəfdaşı olduğunu göstərən birgə təlimlərin əhəmiyyətinə diqqətçəkib.

Görüşdə, həmçinin regional təhlükəsizlik, hərbi əməkdaşlığıninkişaf perspektivləri və digər maraq doğuran məsələlər barədəətraflı fikir mübadiləsi aparılıb.

Sonra qardaş ölkənin nümayəndə heyəti müdafiə nazirinin müşavirigeneral-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. Türkiyə RespublikasıSilahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqiistiqamətində görülən işlərin müsbət nəticələri və digər məsələlərətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti sonda Mərkəzi Komanda Məntəqəsinəgələrək burada yaradılan şəraitlə tanış olub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
20
28
az.trend.az

10Sources