EN

Ərdoğan: “Avropa İttifaqına qoşulmaq Türkiyənin strateji hədəfidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa İttifaqına daxil olmaq perspektivi onun ölkəsi üçün strateji hədəf olaraq qalır.

KONKRET.az TRT Haberə istinadən xəbər verir ki, Türkiyə prezidenti bunu  Ankarada olan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib: “Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Aydındır ki, bizim Aİ-yə daxil olmağımız həm birlik, həm də ölkəmiz üçün mühüm töhfə olacaq. Son hadisələr Türkiyənin əsas dövlət kimi mövqeyini daha da gücləndirdi. Hazırkı danışıqlarımızın əsas gündəmi Türkiyə ilə Aİ arasında münasibətlərin canlandırılması üçün atılacaq ümumi addımlar olub. Biz Aİ-nin Türkiyənin üzvlük perspektivlərini gücləndirəcək yeni baxış təqdim etməsini gözləyirik”, – deyə Ərdoğan bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
22
2
konkret.az

4Sources