EN

Azərbaycan buğdanı daha ucuz idxal etməyə başlayıb

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin oktyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1,8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 21,2 faiz, 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 17,9 faiz artıb. Bu göstəricilər idxal olunan məhsulların bahalaşdığını bildirir.

Noyabrda ölkəyə idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 369,31 manat olub. Ötən ilin noyabrında isə bu qiymət 435,28 manat təşkil edib.

İxrac qiymətləri isə ötən dövrlə müqayisədə azalıb. Belə ki, 2024-cü ilin oktyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,8 faiz artsa da, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1 faiz, 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz azalıb.


Müəllif: Teleqraf.com
Chosen
25
teleqraf.com

1Sources