EN

"Çelsi" Mudriki komandadan uzaqlaşdırdı

"Çelsi" klubunun və Ukrayna millisinin cinah yarımmüdafiəçisi Mixail Mudrik müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb. 

Xəbərə görə, buna səbəb ukraynalı yarımmüdafiəçinin dopinq testinin müsbət çıxması olub. Futbolçunun “A” nümunəsində qadağan olunmuş dərman tapıldığı məlum olub. Tezliklə “B” nümunəsi alınacaq. Nəticə eyni olara, Mudrik uzun müddət diskvalifikasiya ilə üzləşəcək. 

Mixailin qiyməti 30 milyon avro dəyərləndirilir.

O, İngiltərə çempionatının bu mövsümündə 7 oyun keçirib, qol vurmayıb. Futbolçunun müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub. 

Mirağa

Chosen
28
fanat.az

1Sources