EN

Ceyhun Bayramov: “Növbəti il AQEM-in 20-dən çox tədbiri keçiriləcək”

2025-ci ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 5 ölçüsü üzrə sədrliyin 20-dən çox tədbiri planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, sədrlik üzv dövlətlər, etimad quruculuğu üzrə əlaqələndiricilər və həm-əlaqələndiricilərlə Biznes və Gənclər üzrə Şuralar, Beyin Mərkəzləri Forumu və Aparıcı Universitetlərin Tərəfdaşlıq Səbəkəsi kimi müvafiq AQEM orqanları arasında qarşılıqlı əlaqənin inkişafı istiqamətində səy göstərəcək.

"Bu yanaşma etimad quruculuğu tədbirlərinin səmərəliliyinin gücləndirilməsinə və AQEM-daxili birliyin təşviqinə yönəlmişdir. Sədrlik iqtisadi ölçü üzrə nəqliyyat bağlantıları, kiçik və orta sahibkarlığın təşviqi, qadın sahibkarlarlığı və yaşıl iqtisadiyyat mövzularını prioritetləşdirəcək.

Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq. Kiçik və orta sahibkarların sərmayelərə, bazarlara çıxışı və onların elektron kommersiya kimi innovativ metodlarla beynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatında innovativ yanaşmalar da AQEM Biznes Şurasının vasitəsilə daxil olmaqla, Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasında olacaqdır - deyə C.Bayramov vurğulayıb.

Chosen
27
11
operativmedia.az

10Sources