Ağsu rayonunda üzərinə darvaza aşan 52 yaşlı kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 17-də saat 13:30-də Ağsu rayonu, Badam bağı ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1971-ci il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb" , - deyə məlumatda qeyd olunub.
Ağsu rayonunda küləkli hava şəraiti ölümə səbəb olub.
seher.media xəbər verir ki, 1971-ci il təvəllüdlü rayon sakini Nazim Lazım oğlu Kərimovun üzərinə darvaza aşıb.
İlkin məlumata görə, o, hadisə yerində ölüb.
Darvazanın aşmasına küləkli hava şəraitinin səbəb olduğu ehtimal edilir.